Ru
16:54 / 17 Oktyabr 2020

Moskvada aksiya keçirilir FOTOLAR

2079
Ötən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə şəhərinə növbəti raket hücumundan sonra Azərbaycanın Moskvadakı səfirliyi qarşısında “Gəncə 10.17.2020” yazısı olan xatirə lövhəsi və faciə baş verən yerdən fotoşəkillər yerləşdirilib.

Moskva azərbaycanlıları Ermənistan hökuməti tərəfindən Gəncənin mülki əhalisinə qarşı törədilən bu dəhşətli terror aktında həlak olanların xatirəsini yad edərək xatirə lövhəsinin qarşısına gül dəstələri qoyma aksiyası keçirirlər.

Rusiyanın paytaxtındakı mövcud epidemioloji vəziyyətlə əlaqədar aksiya kütləvi gülqoyma xarakteri almayıb, amma tədbir bütün gün davam edəcək.

Faciə barədə eşitməyən moskvalılar da Gəncədə baş verənlər barədə məlumat almaq imkanına malikdir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər