Ru
13:08 / 03 Fevral 2020

Moskvaya uçan təyyarənin pilotları dalaşdı - Ekipaj üzvləri dəyişdirildi

1894
Fransadan Rusiyaya uçan təyyarədə pilotlar dalaşıb.

REN TV-nin xəbərinə görə, “Air France” aviaşirkətinə məxsus təyyarənin Paris-Moskva reysində pilotlar arasında dava düşüb.


Xəbərdə bildirilir ki, zolaqda hərəkətə başlayan təyyarə sonradan geri dönüb.Bu zaman sərnişinlər pilotların olduğu kabinədə dava səsləri eşidiblər.

Nəticədə, ekipaj üzvləri dəyişdirilib və havaya qalxandan bir saat sonra, salonda olan aşağı temperatur səbəbindən təyyarə yenidən Parisə qayıdıb.

Sərnişinlər başqa təyyarə ilə Moskvaya yola salınıblar.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər