Ru
16:30 / 17 Fevral 2020

MSK 4 dairə ilə bağlı müraciətləri etibarsız saydı - SİYAHI

1612
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar müraciətlərə baxılır.

"BakuPost" xəbər verir ki, müraciətlər barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

O bildirib ki, 88 saylı Göyçay, 51 saylı Qusar, 42 saylı Sumqayıt ikinci seçki dairəsindən daxil olan müraciətlər müvafiq olaraq DSK-ya geri göndərilib.

A.Muxtarova əlavə edib ki, 16 saylı Yasamal ikinci, 73 saylı Lənkəran şəhər, 121 saylı Laçın, 98 saylı Şəmkir şəhər dairə seçki komissiyaları ilə əlaqədar müraciətlər qanunla müəyyənləşmiş vaxtdan gec edildiyi üçün etibarsız sayılıb.

Bundan başqa, 34 saylı Xətai ikinci dairə seçki komissiyasından daxil olan müraciətə baxılıb. Müraciət barədə MSK üzvü İlkin Şahbazov məlumat verib. O bildirib ki, müraciət edən şəxslər iclasda iştirak etmək istəklərini ifadə ediblər. MSK sədri müraciət edənlərin iclasda iştirakını təmin edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər