Ru
18:45 / 24 Fevral 2020

MSK bu məntəqənin nəticələrini də “heçə saydı”

1345
Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Milli Məclisə seçkilərlə əlaqədar 108 saylı Ağstafa Seçki Dairəsi ilə bağlı qeydiyyata alınmış Müsavat Partiyasının namizədi Başxanım Abbasovanın müraciətinə baxılıb.

Məsələ barədə MSK üzvü Validə Kazımova məlumat verib.


Validə Kazımova bildirib ki, B. Abbasova müxtəlif qanun pozuntularına yol verildiyini iddia edərək seçki dairəsində seçkinin nəticələrinin ləğvini xahiş edib.

MSK-nın apardığı araşdırma zamanı isə yalnız 26 saylı seçki məntəqəsində seçkinin nəticələri seçicilərin iradəsini əks etdirmədiyi məlum olub.

MSK müraciəti qismən təmin edib və 108 saylı Ağstafa Seçki Dairəsi üzrə 26 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul olunub.

Xatırladaq ki, bu dairədə lider namizəd Nizami Cəfərovdur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər