Ru
17:48 / 18 Fevral 2020

MSK-da deputatlığa namizədlə mübahisə yarandı, zaldan çıxarıldı

1703
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında maraqlı hal yaşanıb.

32 saylı Suraxanı üçüncü seçki dairəsindən daxil olan müraciətin müzakirəsi zamanı deputatlığa namizədliyi qeydə alınmış şikayətçi Fikrət Cəfərli ona söz verilmədən müzakirəyə müdaxilə edib.

Bu zaman MSK katibi Mikayıl Rəhimov ona irad bildirərək deyib: "Bu Xalq Cəbhəsinin iclası deyil. Mərkəzi Seçki Komissiyasının iclası keçirilir".

MSK sədri də şikayətçilərə xəbərdarlıq edərək, onlara söz verilmədən müzakirəyə qoşulmamasını tələb edib.

Qeyd edək ki, daha sonra şikayətçi ilə mübahisə yaranıb və MSK sədri Fikrət Cəfərlini iclas zalından çıxarılmasına göstəriş verib Azvision.az
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər