Ru
19:00 / 20 Fevral 2020

MSK daha 5 məntəqənin nəticələrini etibarsız saydı

1384
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 57 saylı Kürdəmir Seçki Dairəsindən namizədliyi qeydə alınmış Rəşad Qəribovun müraciətinə baxılıb.

BakuPost-un xəbərinə görə, MSK üzvü İlkin Şahbazov bildirib ki, deputatlığa namizəd müraciətində səsvermə günü səslərin sayılması prosesində pozuntuların olduğunu iddia edib: “Namizəd tərəfindən 18 protokol və bir neçə videogörüntü təqdim edilib. Baxış nəticəsində məlum olub ki, 16 protokol orijinal protokollarla eynilik təşkil edir. Burada da seçkinin nəticəsinə təsir edən hər hansı hal aşkarlanmayıb. Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən 7, 18 və 33 saylı seçki məntəqələrində ciddi qanun pozuntuları aşkarlanıb. Ümumilikdə isə 5 məntəqədə pozuntular aşkar olundu. Bunlardan ikisi təqdim edilən 2 protokol əsasında müəyyən edilib. Təklif edirəm ki, 7, 18, 20, 27, 33 saylı seçki məntəqələrində səsvermənin nəticələri ləğv edilsin”.


MSK şikayəti müzakirəyə çıxarıb və 7, 18, 20, 27, 33 saylı seçki məntəqələrində nəticələrin etibarsız sayılması ilə bağlı qərar qəbul edərək, şikayəti qismən təmin edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər