Ru
19:36 / 24 Fevral 2020

MSK daha bir məntəqədə səsvermənin nəticəsini ləğv etdi

1143
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Piriyev Şaiq Səid oğlunun müraciətinə baxılıb.

BakuPost.az xəbər verir ki, müraciət barədə MSK üzvü Baxşeyiş Əsgərov məlumat verib.

O bildirib ki, şikayətçi pozuntuların olduğunu əsas gətirərək həmin dairənin nəticələrinin ləğv edilməsini tələb edib: “Sosial şəbəkələr üzrə təqdim edilən materiallara baxış keçirilərkən müəyyən olunub ki, məntəqələrdə prosedur pozuntular olub. Amma seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hal müşahidə olunmayıb. Təqdim olunan protokolların araşdırması zamanı isə 36 saylı məntəqədə pozuntular aşkarlanıb. Bu baxımdan həmin məntəqənin nəticələri etibarsız hesab olunmalı və şikayət qismən təmin edilməlidir".


Təklif səsverməyə çıxarılaraq qəbul edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər