Ru
16:07 / 15 Fevral 2020

MSK Elza Seyidcahanın şikayətinə baxdı - Qərar

3732
Mərkəzi Seçki Komissiyasının hazırda davam edən iclasında 54 saylı Şabran-Siyəzən seçki dairəsi üzrə namizədliyi qeydə alınmış Qasımova Elza Nuru qızının (Elza Seyidcahan) şikayətinə baxılıb.

"BakuPost" xəbər veri ki, məsələ barədə MSK-nın və Ekspert Qrupunun üzvü Qabil Orucov məlumat verib.

O qeyd edib ki, şikayət aidiyyət qaydalarının pozulması üzrə daxil olduğundan, müvafiq dairə seçki komissiyasına göndərilməlidir. Belə ki, bu şikayətlərin araşdırılma səlahiyyəti dairə seçki komissiyalarındadır.

MSK Elza Seyidcahanın şikayətinin 54 saylı Şabran-Siyəzən seçki dairəsinə göndərilməsinə dair qərar qəbul edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər