Ru
17:49 / 19 Fevral 2020

MSK-nın iclası başladı - 4 dairə üzrə şikayətlər DSK-ya göndərildi - YENİLƏNİR

3227
MSK-nın bu gün keçirilən 108 saylı Ağstafa seçki dairəsində ilə bağlı müraciətə baxılıb.

Sonda həmin müraciətin Dairə Seçki Komissiyasına göndərilməsi ilə bağlı qərar qəbul edilib.

Bundan başqa, 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsi ilə bağlı müraciət də müzakirəyə çıxarılıb. Həmin müraciətin də Dairə Seçki Komissiyasına göndərilməsi ilə bağlı qərar qəbul olunub.

***

MSK-nın iclasında 51 saylı Qusar seçki dairəsindən deputatlığa namizədlər Elçin Abbasov və digərlərinin müraciətinə baxılıb.

Müraciətlər araşdırılması üçün DSK-ya göndərilib.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 90 saylı Ağdaş Seçki Dairəsi üzrə namizəd Səidə Cəbrayılovanın müraciətinə baxılıb.

MSK üzvü Qabil Orucov bildirib ki, həmin dairənin 6 və 7 saylı məntəqələrinin nəticələrinin etibarsız sayılması üçün hüquqi əsaslar yaranıb.

***

Milli Məclisə seçkilərlə əlaqədar daxil olmuş müraciətlərə baxılması ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.

MSK katibi Arifə Muxtarova bildirib ki, 56 saylı Xaçmaz Kənd və 62 saylı Saatlı Seçki dairələri üzrə daxil olan müraciətlər qanunvericilikdə nəzərdə tutulan vaxtlarda təqdim edilməyib.

92 saylı Ucar-Zərdab Seçki Dairəsi üzrə də daxil olan müraciət vaxtında təqdim olunmayıb.
Buna görə də şikayətlərin geri qaytarılması qərara alınıb.

****

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 37 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən quruma daxil olan müraciətə baxılıb.

BakuPost xəbər verir ki, müraciət araşdırılması üçün DSK-ya göndərilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər