Fevralın 9-da parlamentə keçiriləcək seçkilərdə 17 yaşlı namizəd kimi qeyd olunan şəxsin doğum tarixi ilə bağlı dəyişiklik edilib.
BakuPost.az-ın məlumatına görə, MSK-ın saytında qeyd olunan 09.02.2002-ci ildə anadan olan Hacı-zadə Nərgiz Yasir qızının 122 saylı Xankəndi seçki dairəsindən qeydə alındığı qeyd olunmuşdu.
Bu gün isə Hacı-zadə Nərgizin doğum tarixi 28.05.1991 kimi göstərilib.
Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.