Ru
13:09 / 07 Fevral 2020

Mübariz İbrahimov doğum günündə anıldı - FOTOLAR

1745
Fevralın 7-si 2010-cu il iyunun 18-də cəbhənin təmas xəttində işğalçı ermənilərlə qeyri-bərabər döyüşdə böyük şücaət göstərərək şəhid olmuş Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən BakuPost-a verilən məlumata görə, Mübariz İbrahimovun doğum günü münasibətilə Milli Qəhrəmanın doğulduğu Biləsuvar rayonunun Əliabad kəndində keçirilən anma mərasimində igid döyüşçünün xatirəsi ehtiramla yad edilib.


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin şəxsi heyətinin iştirakı ilə keçirilən tədbirdə Mübariz İbrahimovun doğma Vətən uğrunda böyük vətənpərvərlik hissi ilə qəhrəmanlıq göstərərək ölkəmizin tarixinə şərəfli bir səhifə yazdığı vurğulanıb.

Bildirilib ki, onun kimi qeyrətli oğulları olan Vətən mütləq qələbə qazanacaq.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər