Ru
14:29 / 21 Sentyabr 2020

Mübariz Mənsimovla Fərhad Əhmədovun yeni gizli əlaqələri üzə çıxdı

3347
Jurnalistlərin beynəlxalq korrupsiya və kriminal araşdırma qrupu olan OCCRP (Organized Crime and Corruption Reporting Project) ABŞ-da Donald Trampın prezident seçilməsi və ona kimlərin dəstək verməsi ilə bağlı yeni araşdırmasını təqdim edib.

Budəfəki araşdırmada azərbaycanlı iş adamları Mübariz Mənsimov və Fərhad Əhmədovun da adı hallanır.

Məqalədə deyilir ki, D.Tramın inauqurasiyasından 1 gün əvvəl, yəni 2017-ci ilin 19 yanvarında Vaşinqtonda olan “Watergate” oteldə tanınmış lobbist və D.Trampın inauqurasiya komitəsinin vitse-direktoru olan Brian Ballardla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş keçirilib. Görüşdə onları Floridadan olan biznesmen Lev Parnas və azərbaycanlı gəmi maqnatı Mübariz Mənsimov müşayiət edib.

Tərəflər arasında müqavilə imzalandığı və bu razılaşmada Rusiyada yaşayan azərbaycanlı iş adamı Fərhad Əhmədovun da iştirak etdiyi qeyd edilir. Jurnalistlərin həmin məsələ ilə bağlı sorğusuna nə Mənsimov, nə də Əhmədov cavab verib.



Araşdırmaya görə, gəmi maqnatı Mənsimov və Trampın keçmiş Milli Təhlükəsizlik müşaviri Mike Flinn ilə görüşüb və bu tərəfdaşlıq müddətində Erməni-Amerikan qanqster ilə 511 milyon ABŞ dolları fırıldaqçılıq planı əsasında əməkdaşlıq ediblər. Hansı ki, həmin qanqster Mormon poliqamist sektası üzrə məsələlərlə bağlı mühakimə olunub.

Bu məsələlərlə Türkiyə hökumətinin əlaqəsi olması ilə bağlı iddialara aydınlıq gətirən Türkiyənin ABŞ-dakı səfiri Serdar Kılıkçı deyib ki, Türkiyənin ABŞ lobbi şirkətləri ilə münasibətləri həmişə ABŞ-ın qanuni tələbləri ilə uyğunlaşıb.



Parnas açıqlamasında deyib ki, Məsimovla görüşüb tanış olmağı ona Belarusdan olan iş adamı İqor Fruman təklif edib və ilk tanışlıq 2016-cı ilin dekabrın 5-də Kiyevdəki asiyalıların gecə klublarından olan Buddha-bar-da baş tutub.

Sovet dönəmində Ukraynada doğulan və Bruklində böyüyən Parnas naməlum biznes, uğursuz təşəbbüslər və ödənməyən borclarla bağlı şəxs olub. Amma 2016-cı ildə Trampın kampaniyasında rusdilli yəhudi icmasından kifayət qədər pul toplayan donor olmağı bacarıb.

Məlumata görə, Parnas Ballardan xahiş edib ki, inauqurasiyada iştirak etmək üçün Mənsimovu ABŞ-a dəvət etsin və ikincisi hər ikisi üçün pulsuz giriş verib. Amma Ballard andiçməyə giriş təşkil etməsi ilə bağlı Parnasın iddialarını rədd edir.



Amma fotolarda Mənsimovun ən azı son 2 VIP tədbirdə iştirak etdiyini yayımlayıblar və onların 1-də o, Parnasla yanaşı əyləşib, digərində isə Trampın qarışısında dayanıb.

Trampın andiçmə mərasimindən iki gün sonra dünyanın ikinci ən böyük ekspedisiya yaxtası Luna Mayamidəki limana çəkildi. Gəmi Rusiya oliqarxı Əhmədova məxsus idi.

Parnas Mənsimov tərəfindən görəvləndirildikdən sonra Əhmədovun 500 min dollarlıq superyaxtasına minib.

Uzunluğu 385 fut, 70 nəfərlik personalı və 4 aşpazı olan yaxtaya daxil olan Parnas onun pis olmadığını qeyd edib və o qeyd edib ki, Əhmədovun Ballardla əməkdaşlığnın başlaması üçün yeni imkanlar var. Parnasa görə, o və Ballar Əhmədovu kazino milyarderi Steve Wynn ilə tanış edib./Report


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər