Ru
20:43 / 21 May 2019

Müdafiə naziri təlimləri izlədi - FOTO

2927
Genişmiqyaslı
əməliyyat-taktiki təlimlərinə rəhbərlik edən Müdafiə naziri, general-polkovnik
Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti təlim məntəqələrinə baş çəkib.
 

 

 

Müdafiə
Nazirliyindən BakuPost.az-a verilən məlumata görə, əsas komanda məntəqəsində
general-polkovnik Z.Həsənovun rəhbərliyi ilə keçirilən toplantıda dinamik
dəyişən vəziyyət və qəbul edilən qərarlara dair komandir-rəis heyəti və digər
vəzifəli şəxslərin məruzələri dinlənilib. Eyni zamanda təlimlərin planına uyğun
olaraq ərazinin kəşfi nəticəsində əldə olunan məlumatlar əsasında təlim
iştirakçıları maket üzərində tapşırıqların dəqiqləşdirilməsi, qoşunların
qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkilini həyata keçiriblər.

 

 
 
Alınmış
döyüş tapşırığı əsasında keçirilən bölmələrin məşqlərini izləyən Müdafiə naziri
hərbi qulluqçular qarşısında çıxış edib, tövsiyələrini çatdırıb və xidmətdə
fərqlənən bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim edib.

 

 
 
Bölmələrin
döyüş atışlı taktiki məşğələsində şəxsi heyət müxtəlif maneələri dəf etməyi və
düşmən üzərinə hücumun yerinə yetirilməsini nümayiş edib.

 

 
 
Ərazidə
yaradılmış təlim nöqtələrinə, sinif otaqlarına baş çəkən Müdafiə naziri təlimə
cəlb edilən döyüş texnikalarını da yoxlayıb, silah-sursat və şəxsi heyətin
təlimlərdə iştirakı, eləcə də tapşırıq və sərəncamların dəqiq icra olunması ilə
bağlı müvafiq göstərişlər verib.

 

 

Hərbi
hissədə yeni tikilmiş yeməkxanada olan general-polkovnik Zakir Həsənov burada
yaradılan şəraitlə tanış olub, ərzaq anbarına baxış keçirib, saxlanılan
məhsulların keyfiyyətini yoxlayıb və şəxsi heyətlə birgə nahar edib.

 

 

 

Müdafiə naziri təlimləri izlədi -  FOTO
Müdafiə naziri təlimləri izlədi -  FOTO
Müdafiə naziri təlimləri izlədi -  FOTO
Müdafiə naziri təlimləri izlədi -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər