Ru
14:12 / 23 Aprel 2019

Müdafiə Nazirliyi meyiti tapılan əsgərlərlə bağlı məlumat yaydı

2933

 

Müdafiə Nazirliyi qar uçqununda həlak olan hərbçilərlə bağlı məlumat yayıb.


Bakupost.az-ın nazirliyin saytına istinadən məlumatına görə, mart ayının əvvəlində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları - gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Məmmədov Fərrux Fərman oğlunun nəşi həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində tapılaraq aidiyyəti üzrə təhvil verilib.


Müdafiə Nazirliyinin rəhbərliyi həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər