Ru
11:54 / 19 Oktyabr 2021

Müəllimlər arasında saxta vaksinasiya geniş vüsət alıb... - Millət vəkilindən ağır ittiham

11398
“Məktəblər açılandan, ali məktəblərdə əyani təhsilin başlanmasından sonra yoluxma halları çoxalıb. Bu, əlbəttə ki, pedaqoji heyətin məsələyə yanaşmasından asılıdır. İnsanlar vaksinasiyadan yayınırlar. Vaksinasiyadan yayılmanın özü də yoluxmanın çoxalmasına təsir edir. Bu mənada 20 nömrəli kimi böyük şagird kontingenti olan məktəbdə təhsili dayandırılıbsa, deməli, çox ciddi məqamlar var. Artıq yoluxmanın şiddətlənməsi özünü göstərir".

Bu fikirləri Bakupost.az –a millət vəkili, təhsil eksperti Etibar Əliyev bildirib.

O qeyd edib ki, Təhsil və Səhiyyə Nazirliyi ciddi monitorinqlər aparmalıdır:

"Ancaq proqnozların irəli sürülməsi, tədrisin dayandırılması məsələsini hər həftə Təhsil Nazirliyi ilə Səhiyyə Nazirliyi birgə təhlil etməlidir. Təhsil ocaqlarının yenidən qapadılmasının özünün də şagirdlərə və tələbələrə psixoloji təsiri ola bilər. Artıq yuxarı sinif şagirdləri də vaksinasiya olunur. Burada əsas daşıyıcılar yuxarı sinif şagirdləridir, yoxsa müəllimlərdir, bu araşdırılmalıdır.

İstər Təhsil Nazirliyi, istərsə də Səhiyyə Nazirliyi cəmiyyəti məlumatlandırmalıdır. Bu artımın səbəbi nədən ibarətdir, məktəblər fəaliyyətini dayandıracaqmı, ya yox, açıqlanmalıdır”.

Millət vəkili qeyd edib ki, müəllimlərin böyük hissəsi saxta vaksinasiyaya meyillidirlər:

“Müəllimlərin vaksinasiyası ciddi şəkildə araşdırılmalıdır. Bu gün saxta vaksinasiyaya meyilli olan ən çox müəllimlərdir. Bu ciddi bir faktdır. Bununla bağlı insanlar mənə müraciət edirlər. Saxta vaksinasiya çox geniş vüsət alıb. Əgər saxta vaksinasiyaya meyillər çoxdursa, düşünürəm ki, əsas daşıyıcılar müəllimlər ola bilər”.
Şərhlər
  • elimardan

    Sizin fikrinizlə mən də şərikəm.Başqa bir çox sahələrdə də belədir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər