Ru
14:51 / 13 Aprel 2021

Müəllimlər virusa yoluxdu - 6 məktəb bağlandı

1774
Azərbaycanda daha 6 orta məktəb koranavirusa görə bağlanıb.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, Ucar rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında rayonun Qazyan 1 saylı, Alpoot 2 saylı, Qarabörk, Rəstəcə, Küçəkənd tam orta məktəbləri və Bərküşad ümumi orta məktəblərində əyani təhsil müvəqqəti dayandırılıb. Buna səbəb adı çəkilən məktəblərdə ümumilikdə 11 müəllimdə COVID-19 testinin nəticələri pozitiv çıxmasıdır.

Fəaliyyəti dayandırmış məktəblərdə dərslərin distant formada tədris olunmasına qərar verilib. Məktəblərdə dezinfeksiya işləri aparılır.

Qeyd edək ki, Ucar rayonunda ümumilikdə 45 orta məktəb fəaliyyət göstərir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər