Ru
12:42 / 03 Avqust 2020

Müəllimləri daşıyan avtobus dərəyə aşdı - 6 ölü

2296
Türkiyədə təhsil idarəsinin işçilərini daşıyan avtobus dərədən aşıb.

"BakuPost"un Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, qəza bu gün səhər saatlarında Hakkari Yüksekova da baş verib.
Sat dağları Gölbaşı adlanan ərazidə içərisində Təhsil Nazirliyinin əməkdaşlarını olduğu avtomobil qəzaya uğrayıb. Mikroavtobusun dərəyə yuvarlanması nəticəsində 6 nəfər ölüb. Ölənlərdən 4-ü təhsil işçisidir.

Məlumata görə, təhsil idarəsinin işçiləri piknikə gedirlərmiş. İlkin ehtimala görə, yolda avtomobilin əyləc sistemi xarab olub.

Əraziyə çox sayda xilasedici cəlb edilib. yaralı şəxs helikopter ilə xəstəxanaya çatdırılıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər