Ru
10:33 / 18 Sentyabr 2019

Muğam və təsniflər “Rast dünyası”nda səslənəcək

1511

Ü. Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində reallaşacaq ilk tədbir “Rast dünyası” adlı konsert proqramı olacaq.


BakuPost.az xəbər verir ki, sentyabrın 19-da reallaşacaq konsertdə muğam və təsniflərə müraciət ediləcək.


Xalq artistləri Aygün Bayramova, Nəzakət Teymurova və Teyyub Aslanovun iştirakı ilə gerçəkləşəcək konserti “Könül” ansamblı müşayiət edəcək.


Qeyd edək ki, sentyabrın 30-dək davam edəcək builki festival çərçivəsində 40-dək tədbirin təşkili nəzərdə tutulur.


Festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqi kollektivləri iştirak edəcək.


Günel

BAKUPOST

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər