Ru
13:23 / 14 Noyabr 2019

"Müğənnilərdən alınan vergilər artırılsın" - Deputat

1239
Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev toylardakı sadələşdirilmiş vergi məsələsinə toxunub.

BakuPost-un məlumatına görə, deputat bildirib ki, video çəkilişlər edən şəxslər, fotoqraflar 30 manat sadələşdirilmiş vergi verir.


“Hamımız bilirik ki, elə artistlər var ki, 10-14 min manata toya gedir. 30 manat vergi onlar üçün nə sadələşdirilmiş vergi ola bilər ki? Çəkməçidən 5 manat alırıq, bir toya 10 minə gedəndən 30 manat. Bu nə dərəcədə ədalətli vergidir? Hesab edirəm ki, biz qeyd etdiyim məsələlərə bir də baxmalıyıq”.
Şərhlər
  • elimardan

    Yazıqdırlar.qoyun tutuzqursunlar.Onlara o pulu verənlərdən soruşun;hardan alıb verirlər.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər