Müharibə bu gün də var, yarın da...!

  • 25 İyl 2020 18:50
  • 13811 Baxış
Müharibə bu gün də var, yarın da...!


Məlum olduğu kimi, iyulun 12-dən başlayaraq Ermənistan Silahlı Qüvvələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutmağa başlayıb. Ermənistan Müdafiə Nazirliyinin sərsəm iddialarına görə, dövlət sərhəddini Azərbaycan hərbçiləri pozub. Lakin Azərbaycan Müdafiə Nazirliyinin açıqlaması ilə bunun yalan olduğu bir daha sübut olundu.

Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində düşmənin hücum cəhdinin qarşısı alındı. Həmçinin Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, döyüşlər zamanı düşmənin şəxsi heyəti çoxsaylı itki verdi. Gərgin keçən döyüşlər zamanı ümumilikdə Azərbaycanın 12 hərbçisi şəhid olub. Həmçinin döyüş zamanı Ermənistan artilleriyası toplarla Tovuzun Dondar Quşçu və Ağdam kəndlərini də atəşə tutması nəticəsində bir mülki şəxs həlak olub. Hələ də düşmən təxribatlarının davam etdiyi döyüşlərdə Azərbaycan ordusu işğalçı Ermənistana ağır itkilər yaşadıb. Lakin düşmən tərəf itkilərini gizlətməkdə davam edir.

Buna baxmayaraq Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan Silahlı Qüvvələrinə məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və canlı qüvvə məhv edilib. Ümumilikdə düşmənin 120 hərbçisi məhv edilib, bir tankı, bir neçə zirehli döyüş maşını, bir radioelektron mübarizə (REM) vasitəsi, 2 PUA-sı vurulub.

Düşmənə qarşı hər zaman ayıq-sayıq, qorxmaz dayanan Azərbaycan ordusunun igid, mərd oğulları istənilən an düşmənə layiqli cavabını verə biləcək gücdə olduğunu bir daha sübut etdi. Hansı ki, biz 2016-cı il aprel döyüşləri zamanı da bunun şahidi olmuşduq. Şanlı Aprel döyüşlərindən sonra Günnüt zəfəri də ermənilərdə ciddi narahatlıq yaratmışdı. Bu o deməkdir ki, Azərbaycan cəbhə bölgəsində hədəfinə doğru cəsarətlə irəliləyir. Heç şübhəsiz ki, bu igidliyin, qorxmaz ordunun bir şanlı tarixi vardır.

Hərb tariximiz

Təqribən 5 min illik mürəkkəb və keşməkeşli dövlətçilik tarixinə malik Azərbaycanda hərb sənətinin tarixi də çox qədimdir. Azərbaycan xalqı əsrlər boyu öz azadlığı və dövlətçiliyi uğrunda mübarizə aparıb. Xüsusilə strateji coğrafi-siyasi mövqeyi, zəngin təbii sərvətlərinə görə ölkəmiz dəfələrlə yadelli basqınlarına məruz qalıb. Xarici qəsbkarların təcavüzləri zamanı hər zaman Azərbaycan xalqı vətənin müdafiəsinə qalxıb. Hələ qədim zamanlardan xalqımızın belə döyüşkənliyi hərb sənətinin ilk toxumlarının yaranmasına səbəb olub. Bu tarixin kökləri müxtəlif dövrlərdə ölkəmizin ərazisində mövcud olmuş Albaniya dövləti, Eldənizlər (Atabəylər), Qaraqoyunlular, Ağqoyunlular imperiyaları, Şirvanşahlar dövləti, Səfəvilərər imperiyası kimi qədim və əzəmətli adlarla bağlıdır.

Sadalanan imperiya və dövlətlərin mərd sərkərdə və dövlət başçılarının şanlı fəaliyyəti xalqın vətən sevgisini, azadlıq və dövlətçilik hissini daha da gücləndirib, onu həyatlarının ən vacib məqsədinə çevirib. Danılmaz faktdır ki, Azərbaycanın Cavanşiri, Babəki, Uzun Həsəni, Şəmsəddin Eldənizi, Şah İsmayıl Xətaisi, Cavad xanı, Fətəli xanı və digər belə fəxr edəcəyi dövlət başçıları, döyüşçüləri oub. Onların bu dəyərli ənənələr yüzilliklər boyu, həmçinin ötən əsr ərzində uğurla davam etdirilib. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından az sonra 1918-ci il iyunun 26-da hərbi korpus yaradıldı. Bununla da Azərbaycan milli ordusunun yaradılmasının təməli qoyuldu. Tarixin ən qaranlıq üzlərindən mərdliklə keçən Azərbaycan xalqının döyüş əzmi 1939-1945-ci illərdə İkinci Dünya müharibəsinin gedişatı və nəticələri ilə bir daha təsdiqləndi. Azərbaycan xalqı öz zəngin hərbi-tarixi ənənələrinə sadiq qalaraq bu müharibədə də əsl şücaət göstərdi. Müharibədə Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdi. İkinci Dünya müharibəsi cəbhələrində general Həzi Aslanov, Mehdi Hüseynzadə, Ziya Bünyadov, İsrafil Məmmədov, Gəray Əsədov, Məlik Məhərrəmov və başqa qəhrəman övladları öz yenilməz şücaət və mərdliklərini göstəriblər. Xalqımızın igid oğullarının qəhrəmanlığı sayəsində Azərbaycanın şanlı hərb tarixi ənənələri bu günə qədər uğurla davam etdirilir.

Güclü ordu üçün lazım olan önəmli faktorlar

Tam əminlikə demək olar ki, bu gün Azərbaycan Ordusu özünün şərəfli tarixini, əsl yüksəliş dövrünü yaşayır. Ölkəmiz inkişaf etmiş güclü dövlət olduğu kimi, güclü ordu da yarada bilib. Bu gün Azərbaycan Ordusunun maddi-texniki bazası tamamilə yenilənib, ən müasir silah və texnika ilə təchiz olunub və bu proses hazırda da davam etməkdədir. Milli ənənələrə dayanmaqla dünya təcrübəsinin öyrənilməsi, NATO kimi hərbi-siyasi qurumla, eləcə də bir sıra digər ölkələrlə hərbi sahədə əməkdaşlığın uğurla davam etdirilməsi ordumuzun gücünü və təcrübəsini daha da artırıb. Heç də təsadüfi deyil ki, 2016-cı ilin aprelində erməni hərbi qüvvələrinin təxribatlarına cavab verərkən Azərbaycan Ordusunun hissə və bölmələri çox mühüm qələbə əldə etdilər. 2018-ci ilin mayında bu uğurlar davam etdirilərək Naxçıvan Muxtar Respublikasının düşmən nəzarətində olan 11 min hektar torpaq sahəsi işğaldan təmizləndi.

Hazırda müstəqil Azərbaycan Respublikasının Milli Ordusu dünya miqyasında 50 ən güclü ordudan biri hesab edilir. Son bir neçə ildə Azərbaycanın dövlət büdcəsindən irihəcmli vəsaitlər məhz ordunun inkişafına, təchizatının yüksəlməsinə ayrılır. Təbii ki, bu başqa cür ola da bilməz. Çünki müharibə aparan ölkənin güclü ordusunun olması şərtdir.

Orduya dəstək, vətandaş birliyi

İstər 2016-cı il Aprel döyüşlərində, istərsə də Tovuz döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı öz ordusunun, hərbçilərinin yanındadır, onlara dəstəkdir və ehtiyac olarsa orduda onlarla birlikdə döyüşmək üçün hazırdır. Elə bu məqsədlə iyulun 14-də gecə saatlarından başlayaraq Bakıda orduya dəstək yürüşü təşkil edildi. Yürüş iştirakçıları əsasən Milli Məclis binasının qarşısında və Azadlıq Meydanında cəmləşərək Ordumuza dəstək verdilər, şəhidlərimizin xatirəsinə hörmətlərini ifadə etdilər. Minlərlə insanın toplaşdığı yürüş zamanı insanlar “Qarabağ bizimdi, bizim olacaq”, “Şəhidlər ölməz, vətən bölünməz!” kimi şüarlar səsləndiriblər.

Xalqın milli birliyi və vətən sevdası bununla yekunlaşmadı. Bundan sonra vətənin minlərlə igid, qorxmaz övladları anlayırdı ki, meydana toplaşmaqla iş bitmir. Odur ki, minlərlə gənc Prezident İlham Əliyevin çağırışına qoşularaq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdan keçdi və könüllü olaraq orduya getmək istəklərini rəsmiləşdirdi. Sevindirici haldır ki, orduya yazılanlar arasında qadınların da sayı kifayət qədərdir.

Ancaq orduya dəstək yürüşü Bakı ilə çərçivələnmədi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar ölkəmizin haqq səsini müxtəlif xarici ölkələrin şəhərlərində səsləndirdi, ordumuza dəstək yürüşü keçirdilər.Həmvətənlərimiz qətiyyətlə Türkiyədə (İstanbul), Böyük Britaniyada (London), Kanadada (Toronto), Cənubi Azərbaycanda (Təbriz), Polşada, ABŞ-da (Vaşinqton), İsraildə və yaşadıqları digər ölkələrdə bir araya gələrək öz vətənlərinə sevgilərini genişmiqyaslı formada göstərdilər.

Bununla belə, biz təkcə cəbhədə yox, həmçinin diplomatik səviyyədə və media müharbəsində də haqq səsimizi dünyaya çatdırmağı bacarmalıyıq. Bunun üçün dünyanın müxtəlif ölkələrində olan diaspora təşkilatlarımız öz aktiv mübarizəsini göstərməli, əks həmlələrlə sivil formada düşməni susdurmağı bacarmalıdırlar. Torpaqları işğal altında olan vətəndaş kimi biz hamımız tariximizi yaxşı bilməli, xain ermənilərin ata-babalarımızın yurdunu dünyaya erməni ərazisi kimi tanıtmalarına imkan verməməliyik. Bundan əlavə hər bir Azərbaycan vətəndaşı ilk olaraq vətəndaş məsuliyyətini dərk etməlidir. Xüsusilə sərhədyanı bölgələrdə yaşayan sakinlər informasiya müharibəsində düşmənə sirr verməmək üçün maksimum ehtiyatlı davranmalı və düşünülməmiş addımlar atmamalıdır. Çünki, müasir texnologiya resursları imkan verir ki, düşmən də ondan bizə qarşı əlverişli istifadə etsin.

Azərbaycanın haqq səsinə dəstək

Azərbaycanın haqlı səsinə səs verən, dəstək olan və həmrəyliyini göstərən ölkələr də oldu. Bunlardan ən başda qardaş Türkiyəmizi qeyd etmək istəyirəm. Hər zaman olduğu kimi qan qardaşlarımız bu dəfə də ölkəmizə dəstəyini əsirgəmədilər. Tovuzda baş verən son döyüşlər fonunda Türkiyənin mövqeyi daha konkret və qəti oldu. Hətta bu ölkə rəsmiləri bir sıra bəyanatlar verdilər ki, Azərbaycanın ərazi bütövlüyünü bütün vasitələrlə qoruyacağıq.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə işğalçı Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribatdan danışarkən deyib ki, bütün imkanlarımızla qardaş Azərbaycanın yanında olmağa davam edəcəyik: “Türkiyə bundan sonra da Azərbaycana edilən hücumların qarşısında yer alacaq. Türkiyə qədim dostluq bağları və qardaşlıq münasibətlərinin olduğu Azərbaycanın haqqına, hüququna və torpaqlarına yönəlik hər cür hücumun qarşısında yer almaqda əsla tərəddüd etməyəcək”.

Bundan əlavə, Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstərməsi ilə bağlı yaydığı açıqlamada qeyd olunur ki, Türkiyə ərazi bütövlüyünü qorumaq mübarizəsində bütün imkanları ilə Azərbaycanın yanında yer almaqda davam edəcək.

Digər tərəfdən, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib: “Tovuza edilən hücumlarla bağlı hansı addımın atılması lazımdırsa, onu edəcəyik. Azərbaycanın ağrıları, bizim ağrılarımızdır. Orada yaşanan hər bir sıxıntı bura da öz təsirini göstərir. Bunu hamınızın bilməsini istərdim. Dağlıq Qarabağın işğalını, bu qanunsuzluğu qəbul etməyimizin mümkün olmadığını bildirmişik. Dağlıq Qarabağı qanunsuz işğal edən və illərdir təcavüzkar davranış həyata keçirən Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında dayanmağa, “bir millət, iki dövlət” olaraq qəbul etdiyimiz azərbaycanlı qardaşlarımızı var gücümüzlə dəstəkləməkdə davam edəcəyik”.

Türkiyənin Müdafiə Sənayesi naziri İsmayıl Dəmir hər sistemlerinin texnologiyalarını Azərbaycanla paylaşmağa hazır olduqlarını bəyan edib. Türkiyə Müdafiə Sənayesinin dəstəyi ilə yəqin ki, yaxın zamanda Azərbaycan “Bayraktar TB2” və “KORAL” Mobil Elektronik Hərb Sisteminə sahib olacaq.

Qeyd etməliyəm ki, Türkiyə Böyük Millət Məclisinin 4 partiyası AKP, CHP, MHP və İYİ partiyaları birgə bəyanat yayaraq Ermənistanın Azərbaycana qarşı hücumlarını qınayıblar. Bütün bunlar bir daha can qardaşlarımızın tam və açıq dəstəyinin sübutudur.

Türkiyədən başqa Pakistan və Ukrayna da Azərbaycana dəstəklərini bildiriblər.

Bu barədə Pakistanın Xarici İşlər Nazirliyi bəyanat yayıb: “Pakistan Ermənistan silahlı qüvvələrinin 12 iyul 2020-ci il tarixində Azərbaycanın Tovuz rayonuna təxribat xarakterli hücumunu qətiyyətlə pisləyir. Həlak olmuş şəxslərin ailələrinə dərin hüznlə başsağlığı diləyirik. Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının uzunmüddətli fəsadları ilə regional sülhə və təhlükəsizliyə ciddi təhlükə törədir”.

Bir neçə gün əvvəl Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən dərin narahatlığını ifadə edərək bəyanat yayıb. Nazirlik hər iki tərəfi vəziyyətin deeskalasiya olunmasına və münaqişənin həllini beynəlxalq hüquq və normalar çərçivəsində, o cümlədən, 1993 cü ildə BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri əsas götürərək sülh yolu ilə tapmağa çağırıb. Ukrayna münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi qorunmaq şərti ilə siyasi yolla həllinin tərəfdarıdır. Həmçinin Ukraynanın paytaxtı Kiyevdə ən böyük ticarət mərkəzlərindən biri olan “Qulliver” Azərbaycan bayrağına bürünüb və Azərbaycana dəstək nümayiş etdirilib.

Xaricilər ermənilər haqqında

Ermənilərin necə qəsbkar, işğalçı, talançı millət olduğunu hətta ədəbiyyat nümayəndələri də öz əsərlərində bildiriblər. Böyük rus şairi A.S.Puşkin ermənilər haqqında deyib: “Sən qorxaqsan, sən qulsan, sən ermənisən!”.

Rus tədqiqatçısı Veliçko “Qafqaz” kitabında yazır: “Harada dovşan kimi qorxaq erməni görsən bil ki, o, əsl ermənidir, yox, əgər igid erməni ilə qarşılaşsan bil ki, onun damarlarında başqa millətlərin qanı axır”.

Hətta Əmir Teymur ermənilər haqqında belə deyirdi: “Erməniləri bir millət kimi yer üzündən silmədiyim üçün gələcəkdə ya məni alqışlayacaq, ya da lənətləyəcəklər”.
Yazıçı Jemçuynikov: “Qışqıra-qışqıra danışmaq bu xalqın xəstəliyidir. Özgə millətləri də özlərinin xeyrinə qışqırmağa, yalan informasiya yaymağa cəlb edə bilirlər”.
Alman səyyahı Alferd Kerte bildirib: “Türklərlə iş görəndə sözlə danışmaq kifayətdir, müqavilə bağlamağa da ehtiyac yoxdur. Əgər yunanla iş görmək istəyirsinizsə, mütləq müqavilə bağlayın, erməni ilə belə bir fikriniz olarsa, onda heç bir sənədləşmə aparmağın əhəmiyyəti yoxdur, sadəcə şərə rast gələcəksiniz. Erməni ilə rastlaşmaq təhlükəlidir, onu yuxuda görmək də xeyir gətirmir”.

İngilis səyahətçi Vilson: “Ermənilər acgöz və tamahkardır. Onlar istənilən bir cəfəngiyatı böyütmək üzrə abırsız dərəcədə mahirdirlər və yalnız bunları özlərindən başqalarına edirlər”.

Bunun kimi ermənilərin əsl simasını ifşa edən bir çox misallar çəkmək olar. Qoy dədə babalarmızın süfrələrinin qırıq-qurtuğunı yeyən ermənilər anlasın ki, hələ heç nə bitməyib. Bu ordunun əsl gücünü qarşıda görəcəksiniz! Şuşada, Laçında, Xankəndində, Kəlbəcərdə, Xocalıda, Cəbrayılda, Ağdamda, Füzulidə, Ağdərədə, Qubadlıda, Zəngilanda görüşənədək! Zəfərimiz uzaqda deyil, vətən bizi səsləyir Azərbaycan oğulları!

Aydın Tağıyev
Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri



X