Ru
13:09 / 10 Dekabr 2019

Münaqişə ocaqlarında qalan uşaqlar Azərbaycana gətiriləcək

1199
Münaqişə ocaqlarında yetim qalmış azərbaycanlı uşaqların gətirilməsi istiqamətində işlər davam etdirilir. Yaxın zamanlarda oradakı uşaqlardan bir qisminin ölkəyə gətirilməsi planlaşdırılır.

BakuPost xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib. Onun sözlərinə görə, münaqişə ocaqlarından qayıdan kişilərin 110 nəfərdən çoxu məsuliyyətə edilib:


"Hazırda proses davam edir. Münaqişə ocaqlarında iştirak edən 400-ə yaxın şəxsin Azərbaycan vətəndaşlığı ləğv olunub. Onlar artıq ölkəyə qayıda bilməzlər. Münaqişə ocaqlarında olan azərbaycanlı qadınların əksəriyyəti hadisələrdə iştirakçı olub. Onların içərisində həbs olunan və edam edilənlər var. Həmçinin həmin qadınların əksəriyyəti vətəndaşlığı məlum olmayan şəxslərlə evlənib və uşaq dünyaya gətirib. Həmin qadınların da vətəndaşlığının ləğv edilməsi məsələsi gündəmə olacaq".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər