Ru
16:33 / 12 Dekabr 2019

"Bunun üçün əlimizdən gələni edəcəyik" - Rusiyadan Qarabağ vədi

2403
Rusiya Federasiyası Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə dialoqun davam etdirilməsi üçün əlindən gələni edəcək.

BakuPost-un məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Bratislavadakı danışıqlardan sonra Azərbaycan və Ermənistanın yaydığı bəyanatlardakı fərqli mövqeləri şərh edərkən deyib.


Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşünə münasibət bildirən diplomat qeyd edib ki, tərəflər dialoqun gələcəyi haqqında baxışlarının uyğunsuzluğu və ya mümkünsüzlüyünü qeydə almayıblar:

"Biz tərəflərin dialoqun gələcəyi haqqında baxışlarının uyğunsuzluğu və ya mümkünsüzlüyünü qeydə almamışıq. Məncə, tərəflər də bu barədə danışmayıblar. O ki qaldı mövqelərin fərqliliyinə, bu, aydın məsələdir. Əks təqdirdə danışıqlar prosesi olmazdı. Biz öz tərəfimizdən həlli gecikən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması naminə vasitəçi kimi bu dialoqun davam etdirilməsinə hər cür yardımı göstərəcəyik. Əlimizdən gələni edəcəyik ki, dialoq konstruktiv şəkildə davam etdirilsin və tərəflər qarşılıqlı məqbul həllə gəlib çıxa bilsinlər".

M.Zaxarova Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərlərini müsbət qiymətləndirib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər