Ru
21:01 / 15 Fevral 2020

Münhendə İlham Əliyevlə Paşinyanın görüşü keçirildi - VİDEO - YENİLƏNİR

2981
“Bütün erməni rəhbərləri fərqli yolla status-kvonun saxlanmasına çalışdılar. Azərbaycanlı məcburi köçkünlər öz ərazilərinə qayıtmalıdırlar. İşğal olunmuş ərazilərdəki silahlı qüvvələrin 80 faizindən çoxu erməni əsgərləridir. Onlar bu əraziləri əbədi saxlaya biləcəklərini düşünürlər. Heç vaxt”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Münhen təhlükəsizlik konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə dair panel-diskusiyada çıxışı zamanı bildirib.

“Biz bu münaqişəni mərhələli şəkildə həll etməliyik. Ərazilərin bir hissəsi azad edilməli və məcburi köçkünlər geri qaytarılmalıdır. Dağlıq Qarabağın statusu daha sonra müəyyən edilə bilər. Status Azərbaycanın ərazi bütövlüyünə zidd olmamalıdır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
(APA)

***

"Ermənistanın Baş naziri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əsl mənasını uğursuz olaraq şərh edir. BMT TŞ qətnamələrinin erməni qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini unudur".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Münhen təhlükəsizlik konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə dair panel-diskusiyada çıxışı zamanı bildirib.

Münhenə həqiqəti söyləmək üçün gəldiyini deyən Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, Dağlıq Qarabağda Ermənistanın tarixi irsi yoxdur.
(APA)

****

"Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal etdi və işğal olunmuş torpaqlarda azərbaycanlı mülki şəxslərə qarşı etnik təmizləmə həyata keçirdi, o cümlədən Xocalı soyqırımını".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Münhen təhlükəsizlik konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə dair panel-diskusiyada çıxışı zamanı bildirib. (APA)

***

Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib.

BakuPost xəbər verir ki, müzakirələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan iştirak ediblər.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunmuş görüşün moderatoru ABŞ-Rusiya Fondunun prezidenti Selesta Uollander olub.

Prezident İlham Əliyev çıxışında bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Azərbaycanın ərazi bütövlüyü beynəlxalq ictimaiyyət tərəfindən tanınır.

Dövlət başçısı vurğulayıb ki, Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal edib.

***

Almaniyanın Münhen şəhərində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.

"BakuPost" Azvision.az-a istinadən xəbər verir ki, iki ölkə rəhbərinin görüşü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilir.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər