Ru
18:09 / 11 Sentyabr 2019

Murad Köhnəqala Əli Həsənovun müdafiəsinə qalxdı

11068

Tanınmış şair, yazıçı Murad Köhnəqala Prezidentin ictimai- siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovu müdafiə edən yazıyla çıxış edib. BakuPost son günlərin gərgin siyasi mənzərəsi fonunda məsələnin aktuallığnı nəzərə alıb, həmin yazını təqdim edir:


İnternet mediada Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov haqqında bir sıra xoşagəlməz yazılara rast gəldim. Sağlam, etik tənqiddən uzaq, yalnız ləkələməyə, nüfuzdan salmağa hesablanmış bu əməlləri kim(lər) həyata keçirir, bilmirəm. Amma bildiyim bir neçə məsələni yazmaq istəyirəm.


Mənim cənab Əli Həsənovla şəxsi tanışlığım olmadığına görə əmin olun, burada yazdıqlarımın bəzilərinin düşündüyü kimi, mənə mənzil verilməsi ilə heç bir əlaqəsi yoxdur. Hamınıza məlumdur ki, həmin məsələ tanınmış ictimaiyyət nümayəndələrinin cənab Prezidentə müraciəti əsasında həll olunub. Ona görə bu fikirləri tamamilə obyektiv və səmimi mövqeyim kimi qəbul edin.

Əli Həsənov ölkənin milli maraqlarını hər cür şəxsi və qrup maraqlarından üstün tutan əqidəli və sadiq dövlət xadimidir. O, eyni zamanda, dahi Heydər Əliyevdən dərs almış təcrübəli kadr və peşəkar siyasətçidir.
İstənilən dövlətin idarəetmə strukturunda Əli Həsənov kimi beş-altı şəxs olsa, həmin ölkədə daim daxili sabitlik, sakitlik, qonşularla heç vaxt gərgin olmayan diplomatik münasibətlər davam edər. Əli Həsənovun gərgin situasiyalarda emosiyaya qapılmayan, provokasiyaya uymayan soyuq təmkini, hər bir çətin vəziyyətdən zərərsiz çıxmağı bacaran əsl siyasətçi məntiqi var.
Ümumiyyətlə, ölkəsinin inkişafını özünün fəaliyyət prinsipinə çevirmiş uğurlu bir dövlət adamı üçün ən vacib keyfiyyətlər bunlardı:

1.Praqmatik və çevik zəka

2.Siyasi ayıqlıq

3.Dövlətə və dövlətçiliyə sədaqət

4.Milli maraqlarda güzəştsizlik.


Bu xüsusiyyətlərin hamısı Əli Həsənovun portretini müəyyənləşdirən cizgilərdi.
Belə dəyərli dövlət adamları təmsil etdikləri xalqın mənəvi sərvəti hesab olunur.

Və bu cür şəxsiyyətlərə bilərəkdən qara yaxmaq, nüfuzlarına xələl gətirmək cəhdləri yalnız və yalnız bu ölkənin yaxşılığını istəməyən qüvvələrə lazım ola bilər. Həmin qüvvələr satın ala bilmədikləri yüksək çinli dövlət məmurlarını namərd yollarla “vurmağa” çalışırlar. Sözüm sadəlövhcəsinə belə çirkin oyunlara alət olan sadə vətəndaşlaradı.

Dövlət xadimi həm də dövlətin simvolu sayılır. Dövlət xadiminə qarşı tərbiyəsiz davranış dövlətə, dolayısı ilə vətənə hörmətsizlik deməkdir. Dövlətinə hörmətsizlik edən kəslər isə bütün mənəvi ucalıqlardan yıxılıb ölmüş adamlardı. Bu siyasi meyitlərə inanmayın. Bilin ki, onlar sizə sosial şəbəkə tilovlarındakı yem kimi baxırlar.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər