Ru
11:11 / 08 Oktyabr 2019

Murad Muradın müdafiəsinə qalxdı: “Məmur özbaşınalığından danışıb...”

5394

Bu günlərdə tanınmış şoumen, “M Group Production” şirkətinin prezidenti Murad Dadaşovun Murad Arifin “Popumuz var” Youtoobe verilişində söylədiyi “Neft mənimdir, sənindir deyənlərə bir sualım var: "Sən bu neft üçün nə etmisən?" fikri ətrafında müzakirələr səngimək bilmir.

BakuPost xəbər verir ki, Murad Arif Murad Dadaşovun müdafiəsinə qalxıb. O sosial şəbəkədəki hesabında Murad Dadaşovu kəskin şəkildə tənqid edənlərə bunları yazıb:

“Verilişə baxmadan, 1 fraqment üzərində rəy quranlar üçün, proqram youtubdadır. Aşağıda yazdıqlarımı yoxlamaq olar.
Adam kapitalizm və sosializm dəyərlərinin fərqindən danışırdı...
Murad deməyib ki, "Xalqın deyil"!
Murad müsahibədə deyir ki, "SƏN" yatırsan, "FİLANKƏS" yatmır, işləyir, qazanır. "SƏN" nə etmisən?
"SƏNİN DEYİL" dedikdə, Xalqı demir, öncə bəhs etdiyi "işləməyən, tüfeyli bir adamı", həmin "SƏN"i nəzərdə tutur. Bu kapitalizmdır, deyir...
DÖVLƏT XALQ DEYİLMİ? Nəzəri olaraq, Xalqa xidmət edən qurum deyilmi?
Heç bu söhbətdə neftçilərdən, zəhmətkeşlərdən danışılırmı?
Murad müsahibələrində məmur özbaşıbalığını, korrupsiyanı, insanlarla kontaktın olmamasını, adamların küsdürülməsini, incidilməsini, qapalı, konservativ medianı da yetərincə tənqid edən adamdır.
Ayrı vaxt “bulling” sözü avatarınızdan düşmür. İndi bir cümləni, bütün müsahibədən QOPARIB, adamı söyüş mənbəyinə çevirməyiniz nədir?
Təbii sərvətlər Xalqa məxsus, xalqa aiddir. Dövləti də Xalqdan ayırmaq olmaz.
DÖVLƏT XALQINDIR!"

BAKUPOST
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər