Ru
15:29 / 07 May 2021

Musa Yaqub vəfat etdi

3746
Xalq şairi Musa Yaqub vəfat edib.

Bu barədə Bakupost.az -a Xalq şairinin nəvəsi Rüfət Qarazadə məlumat verib.

Məlumata görə, Musa Yaqub bu gün 84 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.

Xalq şairi doğulduğu İsmayıllı rayonunun Buynuz kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, bir müddət öncə onun qardaşı Saməddin Yaqubov qəfildən vəfat etmişdir.

Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. O, Parkinson xəstəliyindən əziyyət çəkirdi.

Prezident İlham Əliyevin 25 may 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə görkəmli şair, Yazıçılar Birliyinin üzvü Musa Yaqub “Xalq şairi” fəxri adlarına layiq görülüb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər