Ru
13:47 / 05 Aprel 2019

“Musa Yaqubun sözləri yalan və böhtandır” - AYB-dən SƏRT BƏYANAT

1873
 


Musa Yaqubun səsləndirdiyi fikirlərə AYB reaksiya verib.


BakuPost xəbər verir ki, təşkilatın mətbuat xidmətinin açıqlamasında deyilir:

 

Sosial şəbəkələrdə görkəmli şair Musa Yaqubun Yazıçılar Birliyinin sədri Anarla bağlı açıqlaması yayılıb. Musa Yaqub iddia edir ki, guya xəstəliyiylə bağlı Anardan kömək istəyib, o etməyib.

 

Mətbuat xidməti bəyan edir ki, Musa Yaqubun AYB sədrinə nə yazılı, nə şifahi heç bir müraciəti olmayıb. Təbii ki, Yazıçılar Birliyindən "icra başçısı desin, sonra kömək edək” kimi absurd sözlər də deyilməyib və deyilə də bilməzdi. İllərdir  ki, Yazıçılar Birliyinə bəzilərinin münasibəti yalnız yalanlara, uydurmalara və böhtanlara əsaslanır.

 

Musa Yaqubun Yazıçılar Birliyinə münasibətindən asılı olmayaraq, birlik istedadlı şairə həmişə diqqət və qayğıyla yanaşmışdır. Onun Bakıda və yaşadığı rayonda keçirilən geniş yubiley tədbirlərində şəxsən iştirak edən Anar, Musanın dediyi kimi, kimdən və nədənsə qorxsaydı şairi ən çətin məqamlarda müdafiə etməz və yüksək adlara təqdim etməzdi.

 

Mətbuat xidməti Şəhriyar del Gerani adlı Azərbaycanda yaşamayan və milləti məlum olmayan birisinin "Anar nə şairi bilir, nə şeiri” adlı moltanı dilində bəyannaməsiylə Birlik sədrini tanış edəndə Anar müəllim "Kimdir bu adam, mən yəni hər yetənin cəfəng fikirlərinə cavab verməliyəm?” – dedi. Anar müəllimə xatırlatdıq ki, bu, onun İran həbsxanasından qurtardığı adamdır. "Əlbəttə”, – dedi, – "Vicdanı defisit olan yaxşılığın əvəzini elə məhz belə çıxmalıdır”, – dedi.

 

Biz isə, Ş.del Geraniyə məsləhət bilərdik ki, "şairi və şeiri bilməyən” Anarın Musa Yaqub, Ramiz Rövşən və Nizamidən bu günə onlarla şair haqqında böyük esseləriylə tanış olsun. Həbsxanaya salan əməllərdən və ədəbsiz bəyanatlardan başı açılanda…

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər