Ru
21:21 / 07 Noyabr 2019

Müsavat BŞİH-nin qarşısında icazəsiz aksiya keçirəcək

2004
Müsavat başqanı Arif Hacılı noyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qarşısında razılaşdırılmamış aksiya keçirəcəklərini açıqlayıb.

Bakupost.az-ın
məlumatına görə, bu barədə başqan özünün "facebook" səhifəsində yazıb.

A.Hacılı bildirib ki, noyabrın 12-də, Bakı Şəhər İcra Hakimiyyəti qarşısında "Konstitusiyaya əməl et", "Sərbəst toplaşma azadlığı təmin edilsin" və digər şüarlarla aksiya keçiriləcək.

Qeyd edək ki, bu gün BŞİH Müsavat Partiyasının noyabrın 12-də keçirmək istədiyi piketə razılıq verməyib.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər