Ru
14:34 / 16 Dekabr 2019

Müsavat Partiyası namizədlərini açıqladı - SİYAHI

2899
Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin adlarını açıqlayıb.

BakuPost.az-ın xəbərinə görə, növbədənkənar parlament seçkilərdə iştirak bağlı toplantıda başqan Arif Hacılı bildirib ki, partiyanın 78 dairə üzrə 81 namizədi var.


Partiyanın başqanı Arif Hacılı 15 saylı Yasamal Seçki Dairəsindən , Milli Strateji Düşüncələr Mərkəzinin rəhbəri İsa Qəmbər 19 saylı Nərimanov Seçki Dairəsindən, sabiq millət vəkili Arzu Səmədbəyli 8 Saylı Binəqədi birinci Seçki Dairəsindən, partiya başqanın müavini, vəkil Nemət Kərimli 9 saylı Binəqədi ikinci Seçki Dairəsindən, partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlı 10 saylı Binəqədi Seçki Dairəsindən, partiya başqanın müavini Səxavət Soltanlı 11 saylı Qaradağ Seçki Dairəsindən, Partiyanın Gənclər Təşkilatının sədri Elman Quliyev 12 saylı Qaradağ Seçki Dairəsindən, başqanın müşaviri Niyaz Nəsirli 13 saylı Seçki Dairəsindən , BDU-nun professoru Almaz Əliqızı 16 saylı Yasamal Seçki Dairəsindən namizədliyi irəli sürülüb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər