Ru
10:12 / 17 Yanvar 2020

“Müsavat”dan neçə namizəd qeydə alınıb? - Arif Hacılı açıqladı

2051
Arif Hacılı Müsavat Partiyasının qeydə alınan namizədlərinin sayını açıqlayıb.

BakuPost xəbər verir ki, o bu barədə öz feysbuk hesabında məlumat verib:


"Namizədlərin qeydə alınması müddəti başa çatdı.

Müsavat Partiyasının 63 namizədi 59 seçki dairəsi üzrə millət vəkilliyinə namizəd kimi qeydə alındı.
3 milyona yaxın seçicini əhatə edən seçki dairələrində namizədlərimiz olacaq. Digər dairələrdə müxalifət blokları namizədlərini, müstəqil namizədləri, gənc fəalları müdafiə etmək niyyətindəyik.

Dairələr üzrə namizədlərimiz, hədəflərimiz, planlarımız barədə sabah saat 14-də Müsavat qərargahında keçiriləcək mətbuat konfransında məlumat veriləcək.

Başlayırıq, dostlar.

Dövlətimiz və xalqımız üçün xeyirli-uğurlu olsun!"
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər