Ru
13:04 / 19 Yanvar 2020

Müşfiq Cəfərov seçki kampaniyasına könüllülərlə start verdi - VİDEO - FOTOLAR

5693
39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Müşfiq Cəfərov təbliğat təşviqat kompaniyasında yeni bir səhifə açdı.

Son illərdə könüllülük prinsiplərinin ölkə səviyyəsində geniş vüsət alması və Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında sərəncam imzalamasının bu sahəyə dövlət marağının bariz nümunəsidir. "BakuPost" xəbər verir ki, məhz bunu əsas tutaraq 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədi Müşfiq Cəfərov təbliğat-təşviqat işlərinə gənc könüllülərlə start verdi.

Artıq neçə ildir ki, cəmiyyətimizin, ələxsus da gənclərimizin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoymuş namizəd Müşfiq Cəfərov seçki kompaniyasının gənc könüllülərlə birgə daha aktiv şəkildə təbliğ olunmasına inanır. Təbliğat-təşviqat dövründə könüllülər sonadək gənc namizəd Müşfiq Cəfərova tam dəstək verəcəklərini söylədilər və dairə üzrə hər bir məntəqəyə aid olan ərazidə təbliğat-təşviqat materiallarını paylamağı, o cümlədən namizəd haqqında seçicilərə ətraflı məlumat verməklərini və namizədlə seçicilərin görüşlərini təşkil olunmasında yaxından iştirak edəcəklərini söylədilər. Görüşün rəsmi hissəsi başa çatdıqdan sonra könüllülər namizədlə xatirə şəkli çəkdirdilər və şəhər gəzintisi edərək, çay süfrəsi arxasında səmimi söhbətlərini davam etdirdilər.

Müşfiq Cəfərov seçki kampaniyasına könüllülərlə start verdi   - VİDEO - FOTOLAR
Müşfiq Cəfərov seçki kampaniyasına könüllülərlə start verdi   - VİDEO - FOTOLAR
Müşfiq Cəfərov seçki kampaniyasına könüllülərlə start verdi   - VİDEO - FOTOLAR
Müşfiq Cəfərov seçki kampaniyasına könüllülərlə start verdi   - VİDEO - FOTOLAR
Müşfiq Cəfərov seçki kampaniyasına könüllülərlə start verdi   - VİDEO - FOTOLAR
Müşfiq Cəfərov seçki kampaniyasına könüllülərlə start verdi   - VİDEO - FOTOLAR
Müşfiq Cəfərov seçki kampaniyasına könüllülərlə start verdi   - VİDEO - FOTOLAR
Müşfiq Cəfərov seçki kampaniyasına könüllülərlə start verdi   - VİDEO - FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər