Müşfiqin qəsəbəsi - VİDEO

918
 
Son dövrlərdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Stalin repressiyasının qurbanı olmuş və 1938-ci ildə güllələnmiş şair Mikayıl Müşfiq yenidən araşdırma mövzusuna çevrilib. 

Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədov Mikayıl Müşfiqin qalıqlarının Qaradağ rayonu, Puta qəsəbəsində tapdığını iddia edəndən sona onun haqqında müzakirələr daha da çoxalıb. Ötən ilin oktyabr ayında Dövlət başçısı İlham Əliyev məsələni nəzarətinə götürüb və onun araşdırılması üçün Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verib. Tapşırığa əsasən, Mikayıl Müşfiqə məxsus olduğu ehtimal edilən qalıqlar müvafiq qaydada DNK ekspertizasından keçiriləcəkdir. Əgər qalıqların həqiqətən ona məxsus olduğu təsdiqini taparsa, şairin yenidən dəfn olunması ilə bağlı bütün zəruri tədbirlər görüləcəkdir.  Bundan əlavə Müşfiq adına mədəniyyət evinin yaradılması barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

BakuPost-un əməkdaşı Müşfiqlə bağlı bütün istiqamətlərdə əhəmiyyətli addımların atıldığı bir vaxtda onun adını daşıyan qəsəbədə hansı işlərin görülməsi ilə maraqlanıb… 

Bakı şəhərinin Qaradağ rayonunda yerləşən və hazırda 10 minə qədər insanın yaşadığı Müşfiqabad qəsəbəsi Yeni Baki Broyler fabrikinin tikintisi ilə əlaqədar 1980-cı illərdə salınıb. 1984-cü ildə qəsəbədə fabrikin ilk iki yataqxanası istifadəyə verilib, 1985-1987-ci illərdə yeni doqquzmərtəbəli yaşayış binaları tikilib.  Azərbaycan Ali sovetinin 1096-XI saylı fərmanı ilə 1988-ci il 20 apreldən yeni şəhər tipli qəsəbə yaradılıb və xalq şairi Mikayıl Müşfiqin şərəfinə Müşfiqabad qəsəbəsi adlandırılıb. 

2007-ci ildə  48 sinif otağından ibarət 840 yerlik 320 nömrəli tam orta məktəb,  2010-cu ildə Müşfiqabad İdman Sağlamlıq Mərkəzi tikilib, 2012-ci ildə isə 67 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı təmirdən sonra açılışı olub. 

Qəsəbədə 2012-ci ilin fevralında 1440 məcburi köçkün ailəsi (5 min 756 məcburi köçkün) üçün yeni məhəllənin inşasına başlanıb və  məhəllən  2012-ci ilin dekabrında  istifadəyə verilib. 

BakuPost qəsəbədən hazırlanmış videonu təqdim edir:


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər