Mustafa Vəkilovun oğlunun adına Türkiyədə idman salonu açıldı - FOTO

893

 

Cümhuriyyətin Daxili İşlər Naziri olmuş Mustafa Vəkilovun oğlu, Türkiyə Basketbolunun əfsanəsi sayılan Nadir Vəkiloğlunun adına Basketbol salonu açılıb.

  

Bu barədə BakuPost-a hüquqşünas Səməd Vəkilov məlumat verib. Bildirib ki, Karşıyaka Bələdiyyəsi Türkiyə Cümhuriyyətinin uzun illər milli basketbol komandasını təmsil etmiş Nadir Vəkiloğlunun adına idman salonu açılıb. Milli Basketbol komandasının əsas simalarından olan Nadir Vəkiloğlu həmçinin on ildən artıq bir müddətdə Karşıkaya komandasını da təmsil edib.

 

 

M.Vəkilov 1917-ci il noyabrın 15-də yaranmış Zaqafqaziya Komissarlığında daxili işlər komissarı A.İ.Çxengelinin məsləhətçisi vəzifəsini icra edib. Bundan başqa Zaqafqaziya seymində müsəlman fraksiyasının fəal üzvlərindən biri olub.

 

Beynəlxalq hüququ gözəl bilən Mustafa bəy Türkiyənin ali dövlət rəhbərləri ilə olan görüşlərində Əlimərdan bəy Topçubaşovun yanında yer alıb. 1918-ci ilin sentyabrında Daxili İşlər Nazirliyində işləyən M.Vəkilov dekabrın 7-də Bakıda təntənəli surətdə açılmış Azərbaycan parlamentinə üzv seçilib. O, 1919-cu ilin dekabrında "Türk Ədəmi-mərkəziyyət firqəsi Müsavat"ın ikinci qurultayında yenidən MK üzvü seçilib. M.Vəkilov Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəylinin 23 dekabr 1919-cu ildə təşkil etdiyi ikinci hökumət kabinəsində Daxili İşlər nazirinin müavini vəzifəsini icra etməyə başlayıb.


1920-ci il fevralın 18-də iyirmi üç yaşlı M.Vəkilov Azərbaycan Respublikasının Daxili İşlər naziri təyin olunub. O, hökumətin ən gənc naziri idi.




ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər