09:55 / 10 Oktyabr 2021

Müştəri mühafizəçini bıçaqladı: maska tələbinə görə

2160
ABŞ-ın Nyu-York ştatında “App Store” mağazasının mühafizəçisi naməlum müştəri tərəfindən bir neçə dəfə bıçaq xəsarəti alıb.

Bakupost.az xəbər verir ki, bu barədə yerli polisin açıqlamasında bildirilib.

Mühafizəçinin müştəriyə mağazaya daxil olarkən maska taxmaq xəbərdarlığı ikincinin narazılığına səbəb olub və aralarında mübahisə yaranıb.

Polisin məlumatına görə, sonradan mağazaya qayıdan naməlum müştəri "iti bir əşya" çıxarıb mühafizəçiyə bir neçə dəfə zərbə endirib. Zərərçəkən yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Hazırda polis şübhəli şəxsi axtarır.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər