Ru
16:33 / 14 Noyabr 2019

Müştərilərin pulunu mənimsəyən bankirə AĞIR CƏZA TƏLƏBİ

2396
Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Zaminbank"ın vəzifəli şəxsləri - Şahin İlyasov, Anar Osmanov, Anar Həsənov və Zərifə Tağıyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

BakuPost.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.


Dövlət ittihamçısı Ş.İlyasovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini və onun barəsində seçilmiş qətimkan tədbirinin həbs-qətimkan tədbiri ilə əvəz edilməsini təklif edib. Prokuror digər təqsirləndriilənlərə 5 il şərti azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.

Proses təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən Şahin İlyasov "Zaminbank"ın "Sumqayıt" filialının müdiri, Anar Osmanov Xəzinə şöbəsinin müdiri, Anar Həsənov isə bankın Kredit şöbəsinin əməkdaşı, Zərifə Abıyeva da bankın əməkdaşı olub.

Onlara qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar ayrı-ayrı şəxslərin adına kredit artıraraq bankın pulunu mənimsəməkdə təqsirləndirilirlər.

Təqsirləndirilən şəxslər ümumilikdə banka 1 milyon 337 min manat ziyan vurmaqda təqsirləndirilirlər. Məhkəmədə həmin məbləğin ödənildiyi bildirilib.

Təqsirləndirilənlər barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər