Ru
11:41 / 25 Aprel 2020

Müxtəlif dövrlərdə qadağan olunmuş - 12 KİTAB

6346

Qanun Nəşrlər Evi müxtəlif dövrlərdə, müxtəlif bölgələrdə oxunması və yayılması qadağan olunan kitabların siyahısını təqdim edir:

1. "Farengeyt 451"- Ray Bradbury

1951-ci ildə nəşr olunan bu distopiya söyüşlü və qeyri-əxlaqi bir dil istifadə etdiyi üçün Amerikada bəzi məktəblər və kitabxanalarda qadağan olunmuşdur.

2."Sallaqxana №5"- Kurt Vonnegut

Yenə bir qadağan olunmuş kitab və yenə bir sistem tənqidi. 1969-cu ildə nəşr olunmuş bu kitab da Farengeyt 451 kimi söyüşlü dil səbəbilə Amerikda bəzi məktəblərdə qadağan olunub.

3."Gündəlik" - Anne Frank

Bu kitab da siyonizm propaqandası iddiası ilə müxtəlif ölkələrdə qadağan olunmuşdur.

4. "Çovdarlıqda Uçurumdan Qoruyan"- J.D. Salinger

Kitab əxlaqdan kənar və açıq saçıq hesab edilərək Amerikada müəyyən bir vaxt qadağan olunmuşdur. Təəccüblü burasındadır ki, hazırda da Amerikada məktəblərdə ən çox qadağan olunan kitab olmağına baxmayaraq, eyni zamanda məktəblilər arasında ən çox oxunan kitabdır.

5. "Lolita"- Vladimir Nobokov

Rus yazıçı Nobokovun ingiliscə yazıb Parisdə çap etdirdiyi bu roman "ədəbsiz" hesab olunuduğuna görə Fransa, İngiltərə, Kanada, Yeni Zellandiya, Cənubi Amerika və Argentinada qadağan olunmuşdur.

6. "1984" - George Orwell

20-ci əsrin ən dəyərli romanlarından biri olmasıyla bərabər satış baxımından da kifayət qədər uğur əldə etmişdir. Kitab Amerika və İngiltərədə "kommunizm və seksuallığın təbliği" bəhanəsi ilə qadağan edilmişdir.

7."Kapital" - Karl Marx

Kitab uzun müddət Türkiyədə qadağan olunmuşdur.

8. "Cinayət və Cəza" - Fyodor Dostoyevsky

1866-cı ildə çap olunan kitab Rusiyada "mürtəce", Polşada "bədbin" olduğu səbəbilə uzun müddət qadağan olunmuşdur.

9. "Alisa Möcüzələr Diyarında" - Lewis Carroll

Kitab heyvanlara həddən artıq insani xüsusiyyətlərin yüklənməsinin insanlar üçün təhqir olduğu, gələcəkdə uşaqların insanlar və heyvanlara eyni səviyyədə yanaşacağını səbəb göstərərək 1931-ci ildə Çinin Hunan əyalətində qadağan olunmuşdur. Sonradan eyni səbəblə Amerikada bir neçə məktəbin kitabxanalarından da yığışdırılmışdır.

10. "Heyvanıstan" - George Orwell

Stalinizmi tənqid etdiyi üçün İkinci Dünya Müharibəsi illərində müttəfiqləri ilə münasibətlərini pozmaq istəməyən İngiltərədə qadağan olunmuşdur.

11."Madam Bovari" - Gustave Flaubert

Kitab yayımlandığı dövrdə "zina" ideyası səbəbindən qadağan olunmuşdur. Kitabın tam şəkildə çapı üçün Flaubert məhkəməyə müraciət etməli olmuşdur.

12."Çevrilmə" - Frans Kafka

Kitab Faşist Almaniyasında qadağan olunmuşdur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər