Ru
13:52 / 25 Yanvar 2021

“Müzəffər Ali Baş Komandan” kitabı çap edildi - FOTOLAR

4615
İş adamı, tanınmış ziyalı Xəqani İbrahimovun “Müzəffər Ali Baş Komandan” adlı yeni kitabı çap olunub.

Kİtabda Azərbaycanın apardığı və zəfərlə bitən 44 günlük Vətən savaşından bəhs edilir. Xəqani İbrahimov bu kitabında 44 günlük müharibəni oxuculara xüsusi xronologiya ilə çatdırıb. Kitab giriş də daxil olmaqla 7 bölmədən ibarətdir və bütün bölmələr də bir-birindən maraqlı və aktualdır.

“Müzəffər Ali Baş Komandan” kitabına öz sözü Millət vəkili, Akademik, Əməkdar elm xadimi Nizami Cəfərov yazıb.

Nizami Cəfərov bildirib ki, “Müzəffər Ali Baş Komandan” kitabını Vətən müharibəsinin qaranquşu hesab edir.

Kitabı ölkənin kitab mağazalarından əldə edə bilərsiniz./Musavat.com


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər