Ru
21:58 / 01 Oktyabr 2020

Naftalan və Goranboyun kəndlərinə mərmi atıldı

4260
Naftalanın Qaşaltı kəndində mərminin düşdüyü ev yanıb, Goranboyun Safıkürd kəndinə atılan mərmi isə fərdi evlərə, həmçinin yaxınlıqdakı məktəb və inzibati binaya ciddi zərər vurub.

"BakuPost" xəbər verir ki, Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin yaşadığı kəndlərə nəvbəti dəfə mərmilər atılıb.

Düşmən Naftalanın Qaşaltı kəndinə bir daha top mərmisi atıb. Nəticədə bir evdə dağıntı və yanğın olub. Xatırladaq ki, bundan öncə düşmənin bu kənddə atdığı mərmi aralarında 2 yeniyetmənin də olduğu 5 mülki şəxsin ölümünə səbəb olub.

Bu gün Goranboy rayonunun Safıkürd kəndi də atəşə tutulub. Kəndə düşən raket və mərmi bir neçə evə və inzibati binaya ciddi zərər vurub, bir ev isə dağılaraq yararsız hala düşüb.

Hər iki hadisə zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, bu gün düşmənin atdığı top mərmilərindən biri Goranboyun Tapqaraqoyunlu kəndinə də düşüb və kənd sakinlərindən birinə məxsus evə ciddi zərər dəyib.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər