Ru
12:48 / 04 Yanvar 2021

Nailə Mirməmmədli vəfat etdi

16404
Bəstəkar, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli vəfat edib.

Bu barədə BakuPost-a Bəstəkarlar İttifaqından məlumat verilib.

Bildirilib ki, Nailə Mirməmmədli bu gün vəfat edib. Bəstəkarın ölüm səbəbi hələ ki, məlum deyil.

Nailə Mirməmmədli 1961-ci ildə Bakı şəhərində anadan olub. 1968-1979-cu illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində Fortepiano ixtisası üzrə təhsil alıb. O, 1981-1985-ci illərdə Tusi adına Pedaqoji Universitetində Musiqişünas, Dirijor, Xormeyster, Vokal, Aranjiman, Orkestrovka ixtisasları üzrə təhsilini fərqlənmə diplomu ilə başa vurub. Təhsilini davam etdirmək məqsədi ilə Nailə Mirməmmədli 1994-1997-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında Musiqişünaslıq və Tofiq Quliyevin sinfində Bəstəkarlıq ixtisasları üzrə təhsil alıb. 1994-2004-cü illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim,"Bənövşə" xorunda Xormeyster və Ansambl rəhbəri vəzifələrində çalışıb.

2020-ci ildə Bakı Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə yeni yaradılan Mədəniyyət Yaradıcılıq Mərkəzinin direktoru təyin edilmişdi.

Nailə Mirməmmədli mərhum bəstəkar Hikmət Mirməmmədlinin həyat yoldaşı idi. İki oğlu, bir qızı var.

Allah rəhmət eləsin!
Şərhlər
  • Zeynalov Rəhman Simran oğlu

    Allah rəhmət etsin amma çox pis oldum inandırıcı gəlmir vallah

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər