Ru
17:04 / 14 Fevral 2018

Namizədliyinin irəli sürülməsi təsdiq olunan Anar Umudov kimdir? - Dosye

5959
Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK-ya müraciət etmiş şəxslərin Prezidentliyə namizədliklərinin irəli sürülməsinin təsdiq olunması məsələsi müzakirə olunub.


İclasda prezidentliyə iddialı olan Anar Azər oğlu Umudovun prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq edilib.


Anar Umudov cəmiyyətə tanış sima olmadığından, onunla bağlı sosial şəbəkələrdə müzakirələr aparılıb.


BakuPost A. Umudovla bağlı internet üzərindən məlumatlar toplayıb.


Məlum olub ki, sözügedən şəxs hüquqşünasdır, ötən parlament seçkilərində də namizədliyini irəli sürüb.


Anar Azər oğlu Umudov 1983-cü il iyun ayının 9-da Rusiya Federasiyasının Voronej vilayətində anadan olub.


1999-cu ildə Bakı şəhəri Nərimanov rayonunda yerləşən hazırda "Tərəqqi liseyi” adlanan 66 №-li orta məktəbi bitirib.

2003-2004-cü illərdə hərbi xidmətdə olub.


2003-cü ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq hüquq ixtisası üzrə bakalavr, 2010-cu ildə isə eyni fakültənin magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.


2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun beynəlxalq münasibətlər və beynəlxalq hüquq şöbəsinin doktoranturasına qəbul olub.


2015-ci il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd olub. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.


Ailəlidir, 4 övladı var.

Anar Umudov Photo Wikipedia.jpg
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər