Ru
17:41 / 06 May 2021

“Napoli”nin yeni baş məşqçisi bəlli oldu

1301
İtaliyanın “Napoli” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Bakupost.az -ın xarici mətbuata istinadən məlumatına görə, bu vəzifəyə Luçano Spalletti gətiriləcək.

Bu barədə qərarı klub prezidenti Aurelio de Laurentis qəbul edib. O, mövsümün sonunda Cennaro Qattuzonun yerinə Spallettinin təyin olunmasını məqsədəuyğun sayıb.

Hətta komanda Çempionlar Liqasına vəsiqə qazansa belə baş məşqçi dəyişikliyi reallaşacaq. Artıq klub prezidenti və Spalletti arasında yeni mövsüm üçün heyətlə bağlı müzakirələr də olub.

Hələlik tərəflər yalnız bir məsələdə ortaq məxrəcə gəlməyib. Bu da ildə 3 milyon avro istəyən mütəxəssisin maaşı ilə bağlıdır. Amma bu məsələdə də razılığın əldə ediləcəyi gözlənilir.

Qeyd edək ki, Spallettinin son iş yeri 2017-19-cu illərdə çalışdırdığı “İnter” olub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər