Ru
14:37 / 11 Yanvar 2020

Narkotacir həbsxana dostları saxlanıldı - FOTOLAR

3027
Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, həyata keçirilən əməliyyat nəticəsində paytaxt sakini əvvəllər məhkum olunmuş Fuad Dursnar üzərində narkotik vasitələr saxlamaqda şübhəli bilindiyi üçün tutulub.


Onun üzərində şəxsi axtarış aparılan zaman 14,482 qram narkotik vasitə olan heroin və 0,075 qram psixotrop maddə metamfetamin aşkar olunar göütürülüb. F.Dursnarın ətrafında keçirilən əlavə əməliyyat tədbirləri zamanı müəyyən edilib ki, o narkotik vasitələri çəzaçəkmə müəssisəsində tanış olduğu Faiq adlı şəxslər 300 manata alıb.

Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin şəxs, Cəlilabad rayon sakini əvvəllər məhkum olunmuş, Faiq Qarayev Abşeron rayonu Xırdalan şəhərində saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərindən və yaşadığı evdən ümumi çəkisi 350,652 qram narkotik vasitə heroin və 243,436 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb. F.Qarayev narkotik vasitələrin satışı ilə məşğul olduğunu və onları bir müddət əvvəl şəxsiyyəti istintaqa məlum olmayan “Mürşüd” adlı şəxsdən əldə etdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, hər iki barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər