Ru
15:10 / 14 Oktyabr 2019

Narkotikə görə həbs edilən diş həkimi HAKİM QARŞISINDA

2336
Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən Araz Niftəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakupost.az-ın məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Anket məlumatlarında yazılır ki, Araz Niftəliyev ailəlidir, himayəsində bir azyaşlı övladı var. Ali təhsilli A. Niftəliyev həbs edilənə qədər diş həkimi kimi fəaliyyət göstərdiyini deyib.

Məhkəmənin baxış iclası oktyabrın 21-nə təyin edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Bakı şəhər Baş Polis İdarəsi Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs ifşa edilib.

Belə ki, idarəyə Bakı şəhər sakini Araz Niftəliyevin narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub.

Həyata keçirilən tədbir zamanı həmin şəxs güclü təsirdici xassəyə malik narkotik vasitələr olan 1 kiloqram 517 qram heroini və 201,171 qram metamfetamini 18000 dollar və 1000 manata şərti alıcıya satmaq istəyən zaman polislər tərəfindən saxlanılıb.

A.Niftəliyev ilkin ifadəsində qeyd edib ki, narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satmaq məqsədi ilə alıb. Qeyd edək ki, saxlanılan şəxs ixtisasca diş həkimidir.

A.Niftəliyev narkotik vasitələri satan zaman öz adından yox, əsl peşəsinə uyğun olan “doktor” ləqəbindən istifadə edirmiş.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər