Ru
15:38 / 13 Yanvar 2020

Narkotiklə tutulan şəxs polisdir? - RƏSMİ AÇIQLAMA

2565
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşının narkotik vasitə ilə saxlanılması barədə yayılan məlumatlara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru Toğrul Nəsirli “Report”a açıqlamasında qeyd edib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.


Onun sözlərinə görə, Salyan RPŞ-nin əməkdaşı olmuş Fərid Hüseynov bir müddət əvvəl öz istəyi ilə daxili işlər orqanlarında xidmətdən xaric edilib: “Hazırda yazılan məlumatlarla bağlı araşdırma aparılır”.

Qeyd edək ki, sosial şəbəkələrdə Salyan RPŞ-nin əməkdaşı F.Hüseynovun Sabirabad RPŞ əməkdaşları tərəfindən saxlanıldığı, onun üzərindən narkotik vasitə götürüldüyü ilə bağlı məlumat yayılıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər