NATO-nun baş katibi Gürcüstana səfər edəcək

506
NATO-nun baş katibi Yens Stoltenberq martın 25-də Gürcüstana səfər edəcək.
BakuPost-un məlumatına görə, bunu Gürcüstanın baş naziri Mamuka Bəxtadze deyib.
"Bu səfər bir daha bariz şəkildə təsdiq edir ki, Gürcüstan və NATO münasibətləri əvvəllər heç vaxt belə yüksək səviyyədə olmayıb", - deyə baş nazir vurğulayıb.
Səfərin məqsədi Gürcüstan hökuməti və liderləri ilə tərəfdaşlıq barədə müzakirə aparmaqdır. Baş katib həmçinin NATO təlimlərinə də baş çəkəcək.
Gürcüstanın NATO-ya üzv qəbul olunmasına gəlincə, Y.Stoltenberq bundan əvvəl qeyd etmişdi ki, bu məsələ ilə bağlı həm Gürcüstan, həm də Alyans qərar verməlidir: "Bu prosesə kiminsə müdaxilə etmək hüququ yoxdur. Biz Rusiya kimi böyük ölkələrin öz maraqlarını qurmağına heç zaman yol verməyəcəyik. Onların bu məsələlərlə bağlı qərar qəbul etmək hüquqları olmayacaq”.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər