Ru
16:28 / 29 Yanvar 2020

NATO təlimçiləri Azərbaycanda - FOTO

1918
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2020-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, NATO-nun Brunsumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Bakıda “NATO-da təlimlərin planlaşdırılması prosesi” mövzusunda təlim kursu keçirilir.

Nazirlikdən verilən məlumata görə, Azərbaycan Ordusunun müxtəlif qoşun növlərindən olan hərbi qulluqçuların iştirak etdikləri kursda NATO-nun ekspertləri tərəfindən iştirakçılara Şimali Atlantika Alyansında əməliyyatların planlaşdırılması, layihələndirilməsi, qiymətləndirilməsi prosesi, məlumatların təhlili və digər mövzulara dair təqdimatlar verilir, praktiki qrup tapşırıqları həyata keçirilir.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər