Ru
23:02 / 20 Noyabr 2019

Naxçıvanda qanunsuz yaşayan 36 əcnəbi aşkarlandı

1251
Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, qanunsuz əmək fəaliyyəti ilə məşğul olan, habelə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini itirən 36 əcnəbi aşkarlanaraq qanunvericiliyə uyğun olaraq barələrində müvafiq tədbirlər görülüb.

BakuPost xəbər verir ki, bu barədə muxtar respublikanın Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətinə istinadən xəbər verir.


Qeyd edilir ki, ötən ay Dövlət Miqrasiya Xidmətinə 392-si əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazələrin verilməsi və yenidən rəsmiləşdirilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı ümumilikdə 1121 müraciət daxil olub. Müraciətlər ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib. Həmçinin olduğu yer üzrə qeydiyyatla bağlı 729 müraciət qeydə alınaraq icrası təmin olunub, həmin müraciətlərdən 299-u elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər