Nazarbayev Ərdoğana niyə zəng etmədi? – “İstefa oyunbazlığını...”

1045

"Nazarbayev göstərdi ki, türk dünyasının ağsaqqalı yox, öz ailəsinin ağsaqqalıdır”.
 
BakuPost xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli deyib.
 
Onun sözlərinə görə, Nazarbayevin istefası siyasi oyunbazlıqdan başqa bir şey deyil: "İstefa oyunbazlığını həyata keçirməzdən əvvəl Avrasiya İttifaqı üzrə müttəfiq ölkələrin (o cümlədən Ermənistanın) rəhbərlərinə telefon açıb. Bunu başa düşdük. Amma türk dünyasının qeyri-rəsmi lideri kimi Türkiyənin prezidentinə də zəng edə bilərdi, etmədi. (Burada Türkiyənin Orta Asiyadakı nüfuzunun və təsir gücünün plintus səviyyəsində olması da rol oynayır, o ayrı mövzu.)
Mən Nazarbayevin Qazaxıstan dövlətçiliyinin inkişafı və qazax milli identikliyinin möhkəmlənməsi istiqamətindəki xidmətlərini inkar etmirəm. Rusiya ilə 7500 km uzunluğunda sərhəd xəttinə malik olmağın yaratdığı təhlükələri də yaxşı anlayıram. Amma bunların heç biri bu dərəcədə narsizmə, nepotizmə, tayfabazlığa bəraət sayıla bilməz.

Saparmurad Türkmənbaşı və İslam Kərimov şükürlü oldular Nazarbayevin yanında...”


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər