Ru
10:02 / 27 Yanvar 2021

Nazilə Səfərlidən Ceyhun Bayramova müraciət: "İncitməyin bizi"

3281
Tanınmış şairə Nazilə Səfərli Xarici İşlər naziri Ceyhun Bayramova müraciət edib.

Şairə bu barədə öz sosial şəbəkə hesabında yazıb.

O, XİN rəhbərindən atasına görə kömək istəyib: "Əmim Məmmədov Binəli Allahverən oğlu Rusiyada rəhmətə gedib. Atam Məmmədov Bəhlul Allahverən oğlu qardaşının dəfn mərasimində iştirak etmək istəyir. Bu onun haqqıdır. Dəfn mərasimi Gürcüstanda baş tutacağına görə ölkədən çıxa bilmir. Anlayıram dünya pandemiya ilə savaşır. Yenə də problemimiz tək COVID deyil!

Dünəndən hər yerə baş vurmuşuq. XİN, Baş Qərərgah, Gürcüstan Səfirliyi hamı bir-birinə ötürür. İmzalayın, xahiş edirəm, incitməyin bizi. Öz dərdimiz özümüzə bəsdir. Bu həssas dönəmdə ailəmə köməklik göstərməyinizi xahiş edirəm".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər