Ru
16:19 / 02 Aprel 2020

Nazir müşavirinə yüksək vəzifə verdi - FOTO

10944
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev daha bir yüksək vəzifəyə rəis təyin edib.

BakuPost xəbər verir ki, Mustafa Abbasbəyli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi təyin edilib.


O, bundan əvvəl Sahil Babayevin müşaviri vəzifəsində çalışıb.

Qeyd edək ki, Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev nazirliyin Aparatının rəhbəri vəzifəsinə gətirilib.

Məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov BakuPost-a təsdiq edib.


Şərhlər
  • Oruc Məmmədli

    Təbrik edirik

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər